“Bank of Azerbaijan“ın əmanətçilərinə kompensasiya ödənişinə başlanıb

“Bank of Azerbaijan“ın əmanətçilərinə kompensasiya ödənişinə başlanıb backend

Əmanətlərin Sığortalanması Fondu bu gündən "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Qaziler.az bildirir ki, Fonddan "APA-Economics"ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" və "Rabitə Bank" seçilib.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 29 yanvar 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin filiallarından, agent bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Agent banklardan məlumat almaq üçün qaynar xətt:

- "933" - "Muğanbank” ASC-nin qaynar xətti;

- "133" - "Rabitə Bank" ASC-nin qaynar xətti.

Fond əmanətçilərin ərizələrini 29 yanvar 2016-cı il tarixdən başlayaraq bir il ərzində qəbul edir.

Müraciət edən əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə həmin şəxslərə operativ şəkildə kompensasiya ödəniləcək.
Diaspora