Rüsumlar artırıla bilər – Rəsmi

Rüsumlar artırıla bilər – Rəsmi backend

Əgər əvvəllər mallar satılanda ƏDV-yə cəlb edilmirdisə, bu il yanvarın 1-dən etibarən idxal zamanı ƏDV-yə cəlb edilir. Axar.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

Komitə rəsmisinin sözlərinə görə, DGK-nın büdcə daxilolmaları ilə bağlı öhdəliyi artırılacaq:

"Bu məsələ ilə bağlı hökumətlə danışıqlar gedir. Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur".

O əlavə edib ki, Dövlət Gömrük Komitəsi hökumətə gömrük rüsumlarının artırılması ilə bağlı müraciət edib:

“Lakin bu, qiymətlərin artırılması üçün verilən qərar deyil”, - Səfər Mehdiyev qeyd edib.
Diaspora