Azərbaycanlı milyarder: “Neft 60 dollar olacaq”

Azərbaycanlı milyarder: “Neft 60 dollar olacaq” backend

2016-cı ilin sonuna kimi neftin qiymətinin 60 dollara qədər yüksəlməsini gözləyirik. Axar.az xəbər verir ki, bunu Avstriyanın “Format” qəzetinə Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov deyib.

O, şirkətin 2015-ci il üçün 2,16 milyard dollar dividend ödəməyi planlaşdırdığını bildirib.

Azərbaycanlı milyarder “Lukoyl”un ötən il stabil maliyyə nəticələri əldə etdiyini və mənfəətlərinin nisbətən artdığını açıqlayıb.

Qeyd edək ki, bir çox analitiklər ilin ikinci yarısından etibarən neft qiymətlərinin kəskin yüksələcəyini proqnozlaşdırır.
Diaspora