Neft kəskin bahalaşdı, qiymətlər 36 dollara yaxınlaşır

Neft kəskin bahalaşdı, qiymətlər 36 dollara yaxınlaşır backend

Dünya birjalarında “Brent” markalı neftin qiyməti kəskin şəkildə bahalaşıb. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin bir bareli 35,46 dollardan satılıb. WTI markalı neft də bahalaşmaqdadır. Mart ayının sonları üçün bağlanan fyüçerslərdə Qərbi Texas neftinin bir bareli 33,77 dollardan müəyyənləşib.

Ekspertlər neftin sürətlə bahalaşmasını siyasi amillərlə yanaşı ABŞ Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini əvvəlki tək saxlamaq qərarı ilə izah edirlər. Bu qərar milli valyutaların möhkəmlənməsinə təsir etdiyindən birjalar tərəfindən iqtisadiyyatın sağlamlaşması amili kimi qəbul olunur. Qeyd edək ki, yanvarın 20-də birjalarda “Brent” neftinin qiyməti 28,07 dollar olub. Səkkiz gün ərzində “qara qızıl” orta hesabla 7,5 dollar bahalaşıb. Treyderlər bahalaşma tendensiyasının davam edəcəyini, qiymətlərin 42 dollar ətrafında stabilləşəcəyini proqnozlaşdırır.

Diaspora