İran prezidenti Həsən Ruhaninin Fransaya ikigünlük səfəri zamanı Paris və Tehran arasında 15 mlrd avro dəyərində sazişlər imzalanıb. APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə Fransadakı diplomatik mənbə bildirib. Xəbər verildiyi kimi, Paris və Tehran arasında müxtəlif sahələri əhatə edən 20 saziş imzalanıb.
Fransanın “Total” neft-qaz şirkəti xam neftin alışına dair İranın “NIOC” şirkəti ilə saziş imzalayıb.“Airbus” şirkəti “Iran Air” aviaşirkəti ilə İrana 118 sərnişin təyyarəsinin tədarükünə dair saziş imzalayıb. Bundan başqa, İran “Airbus” şirkəti ilə aviasiya sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb.
“Vinci” şirkəti İran tərəfi ilə Məşhəd və İsfahandakı hava limanlarının yeni terminallarının tikintisi və istismarı ilə bağlı saziş imzalayıb.
“Bouygues” şirkəti isə Tehrandakı “İmam Xomeyni” hava limanının yeni terminalının inkişafı layihəsi üzrə razılaşma əldə edib.