Mərkəzi Bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarı ilə "Atrabank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 25.12.1992-ci il tarixli, 105 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 14 avqust 2007-ci il tarixdə 30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Atrabank" ASC 28 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
Qaziler.az bildirir ki, bu barədə “APA-Economics”ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.“Qafqaz İnkişaf Bank” ASC də Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
Mərkəzi Bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə "Qafqaz İnkişaf Bankı" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 07.04.1997-ci il tarixli, 242 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Qafqaz İnkişaf Bankı" ASC 28 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.