Gömrük Komitəsi KİV-ə və mütəxəssislərə müraciət etdi

Gömrük Komitəsi KİV-ə və mütəxəssislərə müraciət etdi backend

Dövlət Gömrük Komitəsi bir sır KİV-lərə və mütəxəssislərə müraciət edib. Komitədən Lent.az-a verilən məlumata görə, müraciətdə qeyd edilir ki, dünyada baş verən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirmək, milli iqtisadiyyatı qorumaq məqsədilə dövlət tərəfindən mühüm addımlar atılır. Prezident İlham Əliyevin bu məqsədlə dövlət və özəl sektor qarşısında qoyduğu mühüm vəzifələr-sahibkarlıq mühitinin yaxşılaşdırılması, yerli istehsalın gücləndirilməsi, rəqabətədavamlı məhsulların istehsalı, ixracın artırılması, bütün sahələrdə şəffaflığın təmin olunması kimi məsələlərin həyata keçirilməsi məqsədilə aidiyyatı qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi də görülən işlərə öz töhfəsini vermək üçün idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, gömrük-biznes əməkdaşlığının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, gömrük işinin təşkilində innovasiya layihələrinin genişləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, bir sözlə milli iqtisadiyyatın qorunması və inkişaf etdirilməsi məqsədilə bütün səylərini ortaya qoymaqdadır: "Yanvarın 27-dən etibarən isə Dövlət Gömrük Komitəsi mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib və bu qərara əsasən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 manata (ƏDV daxil deyil) endirilib.


Ancaq bəzi kütləvi informasiya vasitələrində özlərini iqtisadçı ekspert kimi təqdim edən şəxslərin dili ilə Dövlət Gömrük Komitəsinin bu qərarına ikrahla yanaşılır və qərar yanlış yozulmaqla bərabər, Komitənin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir.

Dövlət Gömrük Komitəsi bir daha kütləvi informasiya vasitələrini və mütəxəssisləri komitənin fəaliyyətinin və verdiyi qərarların müzakirəsi zamanı diqqətli olmağa, ümumi işə töhfə verməyə çağırır".
Diaspora