“Bank of Azerbaijan“dakı vəsaitlərin cəmi 24 milyon manatı sığortalanıb

“Bank of Azerbaijan“dakı vəsaitlərin cəmi 24 milyon manatı sığortalanıb backend

"Banklar qorunan əmanətlərin məbləğini düzgün hesablamırlar". "APA-Economics" xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.


İcraçı direktorun sözlərinə görə, "Bank of Azerbaijan" fonda 36 mln. manat həcmində qorunan əmanətinin olduğu bəyan edib: "Lakin məlumatlar fondda xüsusi modul əsasında hesablandıqdan sonra məlum olub ki, qorunan əmanətlərin məbləği cəmi 24 milyon manat təşkil edir".

A. Cavadovun sözlərinə görə, sığorta hadisəsi baş verəcəyi təqdirdə fondun kompensasiya ödəmək üçün kifayət qədər vəsaiti var. Belə ki, hazırda fondun 132 milyon manat vəsaiti var.

"Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edildikdən sonra sığorta hadisəsi baş verərsə, fondun vəsaiti yetərli olacaqmı sualına A. Cavadov belə cavab verib: "Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun kompensasiya vermək üçün əlavə vəsaitə ehtiyacı olarsa, hökumət tərəfindən çatışmayan vəsait kreditləşdirilir. Bundan başqa, fond qiymətli kağızlar buraxmaqla vəsait cəlb edə bilər".
Diaspora