Dörd azərbaycanlı Rusiyanın “Əmlak kralları” siyahısında

Dörd azərbaycanlı Rusiyanın “Əmlak kralları” siyahısında backend

Onların əmlak icarəsindən qazandıqlarının həcmi 1 milyard 500 milyon dollardan çoxdur Dünyaca məşhur “Forbes” jurnalı Rusiyanın “Əmlak kralları”nın siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, siyahıda 4 azərbaycanlı da yer alıb.

Siyahıya isə əslən Qubanın Qırmızı Qəsəbəsindən olan Zarax İliyev və Qod Nisanov başçılıq edirlər. Onların sahibi olduğu “Kievskaya ploşad” şirkətinə “Evropeyskiy” (109 000 kv. m), “Sadovod” (145 000 kv. m), “Fud Siti” (610 000 kv. m) Ticarət Mərkəzlər, habelə “Radisson Royal Ukraina» oteli daxildir. Bu obyektlərin hamısı onlar tərəfindən icarəyə verilib. İndiyədək icarədən gələn gəlir isə 1 milyard 150 milyon dollar təşkil edib.

Siyahıda Crocus Group-un sahibi Araz Ağalarov da yer alıb. Ağalarov “Krokus Ekspo” (680 000 kv. m) və “Vegas” Ticarət Mərkəzindən icarə haqqı kimi 365 milyon dollar qazanıb.
Siyahıdakı dördüncü həmyerlimiz isə Solomon Manaşirovdur. Manaşirov “Columbus” Ticarət Mərkəzindən (136 000 kv. m) icarə haqqı kimi 90 milyon dollar gəlir əldə edib.
Diaspora