Azərbaycan 4 milyard dollarlıq yardım almaq üçün danışıqlar aparır

Azərbaycan 4 milyard dollarlıq yardım almaq üçün danışıqlar aparır backend

"Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir” Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.


“APA-Economics” xəbər verir ki, bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.

Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib.

Diaspora