Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu 14 dollar aşağı salıb

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu 14 dollar aşağı salıb backend

Dünya Bankı 2016-ci il üzrə xam neftin qiyməti ilə bağlı proqnozunu 51 dollar/barreldən 37 dollar/barrelə salıb.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının 3 aydan bir yayımlanan hesabatında məlumat verilir. Bildirilir ki, 2015-ci ildə 47 faiz ucuzlaşan neftin qiyməti 2016-cı ildə daha 27 faiz aşağı düşəcək.

Dünya Bankının aparıcı iqtisadçısı Con Baffes isə neftin qiymətinin daha bir neçə müddət ərzində ucuzlaşacağı qənaətindədir.
Diaspora