Rusiyanın 2015-ci ildə ən dəyərli şirkəti “Qazprom” olub. Axar.az xəbər verir ki, bu nəticə RİA-nın Moskva və xarici birjalara istinadən hazırladığı reytinqdə yer alıb. “Qazprom”un ötən il kapitalı 44,3 milyard dollar olub. İkinci sırada 37,3 milyardla “Rosneft”, üçüncü yerdə isə 30 milyard dollarla “Sberbank” qərarlaşıb.
Əslən azərbaycanlı olan Vahid Ələkbərova məxsus “Lukoyl”un sərmayəsi isə 27,5 milyard dollar təşkil edib. “Lukoyl” bununla da Rusiyanın 4-cü ən dəyərli şirkəti olub.
Analitiklərə görə, Rusiyanın ən böyük şirkətlərinin sərmayəsi ötən il 6,7 faiz azalaraq 402,7 milyard dollara düşüb. Bu azalmanın Rusiyadakı iqtisadi böhrana nisbətdə çox az olduğu bildirilir.
İlk yüzlüyə daxil olan şirkətlərdən 45-i isə ötən il sərmayəsini artıra bilib.