Bakı-Qazax magistralında mikroavtobus aşıb. APA TV-nin olay yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının 167-ci kilometrliyində qeydə alınıb.
Ağdam rayon sakini, 1962-ci il təvəllüdlü Yusif Teymur oğlu Abdullayevin idarə etdiyi “Ford” markalı, 10 XC 133 dövlət nömrə nişanlı mikroavtobusu Bakı istiqamətində hərəkətdə olarkən aşırıb. Nəticədə mikroavtobusda olan 10 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə 5 təcilli tibbi yardım maşını gəlib. Sərnişinlərə yerində tibbi yardım göstərilib. İlkin ehtimala görə, mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.