Gömrük bəyannamələrinin tərtibinə görə 70 faiz GÜZƏŞT

Gömrük bəyannamələrinin tərtibinə görə 70 faiz GÜZƏŞT backend

Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət edib Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət edib. Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə deyilir:


“Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.

Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib”.
Diaspora