Neft bahalaşır, birjalar gözünü ABŞ və Çindən gələcək xəbərlərə dikib

Neft bahalaşır, birjalar gözünü ABŞ və Çindən gələcək xəbərlərə dikib backend

Dünya birjalarında “qara qızıl”ın qiyməti cüzi bahalaşıb. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında mart ayı üçün bağlanan fyüçerslərdə “Brent” markalı neftin qiyməti 32.58 dollar müəyyənləşib. Qərbi Texas neftinin də qiymətində artım müşahidə olunur. WTI neftinin bir bareli hazırda 31,18 dollardan satılır. Ekspertlər bu günün neftin qısamüddətli qiymətlərinin müəyyənləşməsində həlledici olacağını bildirirlər.

ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatlar məhz bu gün açıqlanacaq. Bundan başqa neftin qiymətinə Çin iqtisadiyyatının durumuna dair hesabatların da təsir göstərəcəyi gözlənilir. İlkin ehtimallara görə, açıqlanacaq rəqəmlər proqnozların altında olacaq. Çin rəhbərliyinin milyarder Corc Sorosu yuana qarşı müharibə aparmaqda ittiham etməsi bu ölkənin iqtisadiyyatında geriləmə tempinin hələ bir müddət davam edəcəyini göstərir.

Diaspora