Suriyada bombalı hücum: 22 ölü, 100-dən çox yaralı

Suriyada bombalı hücum: 22 ölü, 100-dən çox yaralı backend

Suriyanın Hums şəhərində polis postuna bombalı hücum nəticəsində ikisi polis olmaqla 22 nəfər ölüb, 100-dən çox sakin də yaralanıb. APA TV-nin xəbərinə görə, Londonda yerləşən Suriya İnsan Haqları Evi ölənlərdən 13-nün hökumət qüvvələrinin əsgərləri olduğunu bildirib.

Məlumatda deyilir ki, hücumu iki nəfər planlaşdırıb. Onlar üstlərində olan bombanı partladıblar. Hazırda bölgədə təhlükəsizlik qüvvələrinin sayı iki qat artırılıb.

Qeyd edək ki, Humsda bundan əvvəl baş verən bir neçə partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Diaspora