Səudiyyə Ərəbistanının milli neft kompaniyası “Saudi Aramco”nun “qara qızıl”ın qiymətinin aşağı düşməsinə baxmayaraq neft sahəsinə sərmayələrini davam etdirəcəyi barədə açıqlamasından sonra neftin qiyməti bu gün səhər saatlarında kəskin ucuzlaşmışdı.
Belə ki, Londonun İCE birjasında “Brent” nefti 29,33 dollara, “Layt” isə Nyu-Yorkun NYMEX birjasında 29,56 dollaradək geriləmişdi.Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, gün ərzində qiymətlərin bahalaşaraq 31 dolları keçməsinə baxmayaraq hazırda “Brent”in bir barreli 30,68 dollara, “Layt” nefti 30,61 dollara satılır.
“AzəriLayt” markalı neftin bir barreli isə 0,16 dollar ucuzlaşaraq 32,90 dollara alıcı axtarır.
Analitiklərin fikrincə neftin qiymətində dəyişkənlik davam edəcək və qiymətlərdəki artım uzunmüddətli olmayacaq.