“Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama uyğun olaraq əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması ilə bağlı əlavə xərclər üçün maliyyə təminatını yaratmalıyıq”.
“APA-Economics”in məlumatına görə, bu barədə maliyyə naziriSamir Şərifov deyib.
Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsinə yenidən baxılacaq: "Müvafiq düzəlişlər edilib, layihə artıq hazırdır, sənədə son baxış keçirilir".