OPEK: Neft hasilatını azalda bilərik, amma...

OPEK: Neft hasilatını azalda bilərik, amma... backend

Səudiyyə Ərəbistanının dövlət neft hasilatı şirkəti olan "Aramco" şirkəti "qara qızıl"ın qiymətindəki enişə rəğmən, neft-qaz layihələri üzrə investisiyaları azaltmaq niyyətində olmadığını açıqlayıb. APA TV-nin məlumatına görə, bu barədə şirkətin prezidenti Xalid əl-Fəlih açıqlama verib.



"Aramco" hələlik xərcləri bəzi əməliyyatların dayandırılması hesabına azaltmağa nail olub. Bundan əlavə neft ixrac edən ölkələrin birliyi - OPEK-in baş katibi Abdulla əl-Bədri qurumun yalnız OPEK üzvü olmayan ölkələr tərəfindən "qara qızıl" ixracatının azalmasına qərar verəcəyi təqdirdə analoji addım atacağını açıqlayıb.

Onun proqnozuna görə, cari ildə neftə olan tələbatın artaraq, sutka ərzində 1,3 milyon barelə çatacağına baxmayaraq, ölkələr tərəfindən neft hasilatı eyni zaman kəsiyində 600 min barel təşkil edəcək.
Diaspora