“Kürdlərin iştirakı olmadan Suriya danışıqları nəticə verməyəcək”. APA TV-nin Ruiya saytlarına istinadən xəbərinə görə, belə bir bəyanatla Moskvada keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
O həmçinin bildirib ki, Rusiya İraq kürdlərinə silahları birbaşa çatdırmır. “Yardım Bağdad vasitəsilə çatdırılır”, - deyə Lavrov vurğulayıb.