Neft sürətlə ucuzlaşır - 30,34 dollar

Neft sürətlə ucuzlaşır - 30,34 dollar backend

Dünya birjalarında neft yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin 1 bareli 30.34 dollardan satılıb. WTI markalı neftin qiyməti də ucuzlaşıb. Mart ayının sonu üçün bağlanan fyüçerslərdə Qərbi Texas neftinin 1 barelinin qiyməti 29.46 dollardan müəyyənləşib.

Analitiklərin fikrincə, sabah ABŞ-ın neft və benzin ehtiyatlarının həcminə dair hesabatlar açıqlandıqdan sonra ucuzlaşma prosesi daha da sürətlənəcək. Qeyd edək ki, sabah Amerika Neft İnstitutu və ABŞ Energetika Nazirliyi həftəlik xam neft ehtiyatlarının həcmini açıqlamalıdır. Treyderlər ehtiyatların həcminin artacağını, bu faktın neftin ucuzlaşmasına səbəb olacağını proqnozlaşdırır.

Diaspora