Səudiyyə ABŞ-ın fond bazarını çökdürə bilər - BÖHRAN

Səudiyyə ABŞ-ın fond bazarını çökdürə bilər - BÖHRAN backend

Birjalarda qiymətlərin azalması və Yaxın Şərqdəki müharibələr səbəbi ilə Səudiyyə Ərəbistanı özünün qiymətli kağızlarını Birləşmiş Ştatlara satmaq məcburiyyətində qalıb ki, bu da Amerika fond bazarında öncədən proqnozlaşdırılması mümkünsüz olan hadisələrin yaşanmasına gətirib çıxara bilər. APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının bu addımı Amerikan borc bazarı üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Son bir il ərzində Səudiyyə Ərəbistanı 25 ilin ən nəhəng büdcə kəsirini kompensasiya etmək üçün 100 milyard dollarlıq valyuta ehtiyatlarını dövriyyədən çıxarıb. Xüsusilə narahatlıq yaradan daha bir səbəb Səudiyyənin dünyanın ən iri və əhəmiyyətli fond bazarında önəmli istiqraz payına sahib olmasıdır. İki ölkə arasında 1973-cü ildə baş verən neft şokundan sonra imzalanmış müqaviləyə əsasən istiqrazların dəqiq sayı barədə hər hansı bir rəqəm söyləmək mümkün deyil.

Krallığın neft ehtiyatlarından istifadə və strateji əməkdaşlıq müqabilində Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanının mövcud payının açıqlanmaması, eləcə də bu payın 12 digər OPEK üzvünün hissələri ilə birləşdirilməsi barəsində razılığa gəlinib. Adları çəkilən iri neft ixracatçılarının ümumi payı noyabr ayında 289 milyard dollar təşkil edib ki, bu məbləğdə Səudiyyə Ərəbistanının payı digərlərindən daha çoxdur.

Ekspertlər Ər-Riyad büdcə öhdəliklərinin icrası və milli valyutanın qorunması məqsədilə, Amerikanın borc öhdəliklərini qısamüddətli yüksək likvidli aktivlərlə əvəzləyəcəyini hesab edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının iqtisadiyyatında neft qiymətlərinin aşağı olması və Yaxın Şərq regionundakı münaqişələr səbəbindən çökmə prosesi yaşanır.


Diaspora