ŞOK: Londondan Hindistana gedən sərnişin Bakıda öldü - YENİLƏNİB

ŞOK: Londondan Hindistana gedən sərnişin Bakıda öldü - YENİLƏNİB backend

Bakıya təcili eniş edən təyyarənin göyərtəsindəki səhhəti pisləşmən sərnişin dünyasının dəyişib. Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.


"Səhhəti pisləşən şəxs 72 yaşlı Böyük Britaniya vətəndaşı olub. Təyyarə eniş etdikdən sonra məlum olub ki, o, artıq həyatını itirib. Onun vəfatına səbəb ürək çatışmazlığı olub", - deyə P.Kəsəmənski bildirib.

P. Kəsəmənskinin əlavə edib ki, vəfat etmiş şəxsin qohumları onun meyitinin Bakıda qalmasını istəyiblər və hal-hazırda cənazənin yola salınması ilə bağlı işlər aparılır.

**
10:11
Londondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə Heydər Əliyev adına Hava limanına təcili eniş edib.

“APA-Economics”in verdiyi xəbərə görə, hadisə ötən gün baş verib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişinə təcili tibbi yardım göstərilib.

Qeyd edək ki, “Air İndia”ya məxsus "Boing -787" tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb.

Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.

Diaspora