"Schlumberger" şirkəti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır.
Qaziler.az "Report"a istinad`n xəbər verir ki, bu barədə şirkət bu gün məlumat yayıb.Qeyd olunub ki, 2016-cı ilin birinci yarısında şirkətin fəaliyyətində azalma gözlənilir. "Bununla əlaqədar olaraq resurs bazasına yenidən baxmaq, xərcləri, infrastrukturu səmərəli etməklə bağlı qərar qəbul edilib", - deyə şirkətin məlumatında qeyd olunub.
Qeyd edək ki, hazırda şirkətin 95 min əməkdaşı var. "Schlumberger" şirkəti neft-qaz sektoru üzrə texnologiyanın aparıcı təchizatçısıdır.