İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqi qəbul edib.
Qaziler.az bildirir ki, Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan hökumətinin islahatlar proqramı barədə məlumat verilib və bu sahədə Böyük Britaniya ilə əməkdaşlıq imkanları müzakirə edilib.Görüşdə həmçinin Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də bu il fevralın 10-11-də Londonda keçiriləcək Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.