“Son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda prezident tərəfindən işlər görülür. İqtisadi sahədə mühüm addımlar atılır, növbəti islahatlar olacaq”. APA-nın məlumatına görə, bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
O, iqtisadi qanunvericiliyə dəyişikliklərlə bağlı prezident tərəfindən parlamentə təqdim olunan layihələri buna misal çəkib: “Prezidentin bu sahədə çox operativ addımları var”.