Dünya birjalarında neftin qiyməti sabitləşməkdədir. APA TV-nin məlumatına görə, “Brent” markalı neftin qiyməti 29 dollar ətrafında dəyişir. Səhər seanslarında bu marka neftin bir bareli üzrə mart fyüçersləri 29.08 dollardan bağlanıb. WTI neftinin qiyməti isə yenə də “Brent”i üstələyir. Bu marka neft birjalarda 30.52 dollardan satılır. Treyderlər qiymətlərin 29,50 həddinədək yüksələcəyini, sonradan 26 dollara enəcəyini proqnozlaşdırır.
Neftin qiyməti həm də ABŞ-ın neft və benzin ehtiyatlarının həcminə dair hesabatdan asılı olacaq. İlkin ehtimallara görə, ehtiyatların həcminin azaldığı güman olunur, bu isə neftin qiymətini bir müddət indiki həddə saxlaya bilər.