Donbasda Aleksandr Zasyadko adına şaxtada səhər saatlarında partlayış olub. Qazilər.az saytı Reuters-ə istinadən bildirir ki, ölənlərin sayı 30 nəfərdən çoxdur, 70 nəfər torpaq altında qalıb.
Verilən məlumata görə şaxtada qəza baş verərkən 207 nəfər şaxtaçı olub. Qəza baş verən zonadan güçlü yanıq xəsarətləri olan beş nəfər şaxtaçını çıxarmaq mümkün olub, 47 nəfərin taleyi naməlumdur.