"PAŞA Holding"in "SOCAR Polymer" layihəsində 10%-lik paya sahibdir və holdinq bu layihəyə təxminən 25 mln. ABŞ dolları yatırıb. "APA-Economics"in verdiyi xəbərə görə, bunu "The Business Year" jurnalına müsahibəsində "PAŞA Holding"in baş icraçı direktoru Mircamal Paşayev deyib.
"Biz bu layihəyə təxminən 25 milyon dollar yatırmışıq. "SOCAR Polymer" bir çox cəhətdən diqqət cəlb edən layihədir. Əmtəə qiymətlərinin volatillik göstərdiyi bir vaxtda layihənin bazara necə daxil olduğunu görmək bizim üçün maraqlıdır. Biz çox şadıq ki, SOCAR bu layihədə iştirak üçün digər yerli biznes qruplarını da cəlb edib", - deyə M. Paşayev qeyd edib.
Holdinq rəhbəri əlavə edib ki, layihənin əlaqələndirilməsi və planlaması ən yüksək səviyyədə həyata keçirilir.