“SOCAR Turkey Energy“ TANAP-dan 7 faiz pay almaq istəyir

“SOCAR Turkey Energy“ TANAP-dan 7 faiz pay almaq istəyir backend

SOCAR TANAP-dan 7 faiz pay almaq istəyir. Qara Dəniz Ticarət və İnkişaf Bankı SOCAR-ın Türkiyədəki törəməsi olan "SOCAR Turkey Energy" şirkətinə Trans-Anadolu Qaz Boru Kəməri Xətti (TANAP) layihəsində 7%-lik pay almağa yardım edəcək.

"APA-Economics"in xəbərinə görə, bu barədə bankın rəsmi saytına yer alan məlumatda bildirilir.

"Bank rəsmiləri bildirib ki, "SOCAR Turkey Energy"nin TANAP-da 7%-lik pay almasına dəstək ola bilər və bununla bağlı, daxil olan təklifi dəyərləndirməyə hazırdılar", - deyə məlumatda qeyd edilib.

Bundan başqa, bankirlər bildirib ki, "SOCAR Turkey Energy"nin bundan əvvəl bankdan cəlb etdiyi kreditin restrukturizasiyasını apara bilərlər.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: SOCAR - 58%, BOTAŞ - 30%, BP - 12%.
Diaspora