Dövlət Neft Fondu valyuta satışını bərpa etdi

Dövlət Neft Fondu valyuta satışını bərpa etdi backend

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

Qaziler.az bildirir ki, Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün yeni mexanizm ilə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilmişdir. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə etmişdir. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 32 banka satılmışdır.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
Diaspora