“Ayağımızı yorğanımıza görə uzatmalıyıq“ - Rusiya baş naziri

“Ayağımızı yorğanımıza görə uzatmalıyıq“ - Rusiya baş naziri backend

“Əgər neftin qiyməti bundan sonra da düşməyə davam edərsə, bareli 50 dollardan hesablanmış büdcə parametrlərinin dəqiqləşdirilməsinə ehtiyac olacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada keçirilən Qaydar Forumunda çıxışında Rusiya baş naziri Dmitri Medvedev bildirib.


Rusiya hökumətinin başçısı digər ölkələrdə olduğu kimi, ən pis ssenariyə hazırlaşmağın lazım olduğunu söyləyib: “Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Büdcə qənaəti hər şeydən öncə dövlət aparatının xərclərinə aid olmalıdır, itirilmiş gəlir isə dövlət aktivlərinin özəlləşdirilməsi ilə əvəz edilə bilər”.

D. Medvedev "ən pis ssenari"nin necə ola biləcəyini dəqiqləşdirməyib.

Hökumətin maliyyə-iqtisadi blokundakı mənbə RBK-ya açıqlamasında Maliyyə Nazirliyinin iki büdcə variantına (neftin barelinin 40 dollar və 25 dollar olması) baxdığını söyləyib. Birinci variant baza variantı hesab olunur. İkinci variantda isə kəsir ÜDM-in 7,5%-ni təşkil edəcək.
Diaspora