Beynəlxalq bazarlarda Meksika neftinin dəyəri 22,07 dollara düşüb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Financiero” portalı yayıb. Portal bu göstəricinin Meksika neftinin istehsalının maya dəyərindən az olduğunu bildirib.
Hazırda “Pemeks” Dövlət Neft Şirkəti neftin hər barrelinə görə 93 sent zərərlə işləyir.
Qeyd edək ki, Meksika dünyanın 10 ən böyük neft istehsalçısından biridir. Onun dünya bazarında payı 3%-dir.
Yeni qiymət son 12 ildə ən aşağı göstəricidir.