Rusiyanın ixrac etdiyi Ural neftinin 2015-ci il üçün ortalama qiyməti 2 dəfəyə yaxın düşüb. Axar.az xəbər verir ki, bu barədə RİA-ya Rusiya Maliyyə Nazirliyinin eksperti Aleksandr Sakoviç deyib.
Onun sözlərinə görə, 2015-ci ildə rus neftinin ortalama qiyməti 51,23 dollar olub.Bu rəqəm 2014-cü ildə isə 97,6 dollar təşkil edib.
Qeyd edək ki, son günlərdə Ural neftinin bir barreli 31 dollar civarında satılır.