Asiya birjaları ucuzlaşdı

Asiya birjaları ucuzlaşdı backend

Çinin Şanxay birjası 5,32% ucuzlaşıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat Çinin digər birjası olan Şençjen birjasında 6,21% ucuzlaşma qeydə alındığını bildirib.

Bu birjada 40 böyük şirkətin səhmlərinin dəyəri xeyli aşağı düşüb. Çinlə bərabər digər Asiya bazarlarında da ucuzlaşma qeydə alınıb. Bu gün Yaponiyanın Nikkei indeksi 0,39%, Honkonqun Hang Seng indeksi 2,33%, Cənubi Koreyanın Kosdaq indeksi 1,11%, Tayvanın Taiex indeksi, Sinqapurun Streyts Tayms indeksi 2,11% ucuzlaşıb.

Qeyd edək ki, Çinin Şençjen birjasında əsasən böyük dövlət şirkətlərinin əksəriyyətinin səhmləri satışa çıxarılır.
Diaspora