Neftin qiyməti daha da ucuzlaşa bilərmi?

Neftin qiyməti daha da ucuzlaşa bilərmi? backend

Dünya birjalarında neftin qiyməti həftənin əvvəlində İran və Səudiyyə Ərəbistanı arasındakı diplomatik gərginliklə əlaqədar 2 faiz artmışdı.

Lakin həftə ərzində Çinin maliyyə bazarlarından gələn mənfi xəbərlərin təsiri ilə neftin qiyməti 33 dollar/barrelədək ucuzlaşdı. “Brent” markalı xam neftin qiyməti isə təxminən 4,7 faiz nisbətində azaldı. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.

Qaziler.az-ın məlumatına görə, AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, “IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç deyib: “Neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar. Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.

Bundan başqa, Çindəki iqtisadi yavaşlama və bununla əlaqədar olaraq neft tələbatının azalması, həmçinin də xam neft hasilatının günbəgün artması da qiymətlərə öz mənfi təsirini göstərir.
Diaspora