Çin növbəti dəfə yuana kəskin aşağı düşməyə imkan verib. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Çinin Xalq Bankı yuanın dollara nisbətdə kursunu 0,51% aşağı salıb.
Bununla da 1 dolların kursu 6, 5646 yuan təşkil edib. Qeyd edək ki, bu 2011-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.