Bitkoinin qiyməti iyulun 2-dən bəri ilk dəfə olaraq 60 min dollardan aşağı enib.
Qaziler.az xəbər verir ki, bu barədə "Binance" birjasının ticarət məlumatları xəbər verir.
Bakı vaxtı ilə saat 21:10-a olan məlumata görə, kriptovalyutanın qiyməti sutka ərzində 5% ucuzlaşaraq 59 267 dollar təşkil edib.
Bitkoinin dəyəri sonuncu dəfə 2026-cı il iyulun 2-də 60 min dollardan aşağı düşmüşdü.
Noyabrın 13-də isə "Binance" birjasında bitkoin 70 min dollardan aşağı düşmüşdü. Bu ucuzlaşmaya ABŞ-dəki inflyasiya göstəriciləri və iri fondların (ETF) bitkoindən vəsait çıxarması səbəb olmuşdu. Həmin gün kriptovalyuta 2,1% dəyər itirmişdi.
QAZİLER.AZ

