Meksika nefti 11 il ərzində ən aşağı həddə düşüb. Axar.az xəbər verir ki, ölkənin dövlət neft-qaz şirkəti “Pemex”in açıqladığı məlumata görə, Meksika neftinin bir barrelinin qiyməti ucuzlaşaraq 26,26 dollar olub.
Bu, 2004-cü ilin dekabrından bu yana Meksika neftinin ən aşağı göstəricisidir.
Meksikanın “Universal” qəzeti neftin ucuzlaşmasından Latın Amerikası ölkələrinin 17 milyard dollar itirdiyini qeyd edib.