Neftin qiyməti tarixi minimumu yeniləməyə davam edir - YENİLƏNİB

Neftin qiyməti tarixi minimumu yeniləməyə davam edir - YENİLƏNİB backend

Neftin qiyməti sürətlə ucuzlaşır. Dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması davam edir. Lent.az xəbər verir ki, bügünki hərraclarda xam neftin 1 barelinin qiyməti növbəti də enib və tarixi minimumu yeniləyib. Belə ki, Brent neftinin 1 barelinin qiyməti 34,83 dollara, Qərbi Texas neftinin qiyməti isə 34,80 dollara enib.

Mütəxəssislər neftin hələ bir neçə ay 40 dollarlıq səviyyəni keçməyəcəyini və daha da ucuzlaşacağını proqnozlaşdırırlar.

*****

12:54

Dünya bazarında neft sürətlə ucuzlaşmağa başlayıb. Lent.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Brent markalı neftin bir barelinin dəyəri 4 faizdən artıq ucuzlaşıb və 35,56 dollaradək enib. Bu isə nəinki bu ilin, son 9 ilin ən aşağı qiymətidir.

ABŞ-ın bazara çıxardığı WTI markalı neft də sürətlə ucuzlaşır. Texas nefti hazırda 35,42 dollara satılır.
Diaspora