Dünya birjalarında neftin qiyməti dəyişib. Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,75 dollar ucuzlaşaraq 36,47 dollara düşüb.
VTİ markalı neftin qiyməti isə 0,06 dollar artaraq 36,03 dollar olub.