Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlandı

Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlandı backend

2026-cı ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 28 milyard 524,4 milyon manat proqnoza qarşı 29 milyard 311,8 milyon manat və yaxud 787,4 milyon manat (2,8 faiz) çox icra edilib.

Qaziler.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 19683,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 402,1 milyon manat və ya 7,7 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 13 milyard 630,4 milyon manatı və ya 46,5 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 9628 milyon manatı və ya 32,8 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4 milyard 973,3 milyon manatı və ya 17 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 543,2 milyon manatı və ya 1,9 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 43,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 493,7 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşür.

2026-cı ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 913,4 milyon manat və ya 7,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,9 milyon manat və ya 25,9 faiz, sair daxilolmalardan 84,3 milyon manat və ya 20,6 faiz çox, gömrük orqanlarının xətti ilə 10,7 milyon manat və ya 0,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 208,5 milyon manat və ya 27,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.

Cari ilin doqquz ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 225,3 milyon manat və ya 4,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,7 milyon manat və ya 25,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 63,2 milyon manat və ya 13,2 faiz çox vəsait daxil olub.

2026-cı ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 55,9 faizini (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz-bənd çox) təşkil etməklə 16 milyard 381,3 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 161,9 milyon manat və ya 1,0 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1 milyard 388,4 milyon manat və ya 9,3 faiz çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 63,0 faizini və ya 10327,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,4 faizini və ya 4973,3 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 faizini və ya 543,2 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 493,7 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 43,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 12 milyard 930,5 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 625,5 milyon manat və ya 5,1 faiz çoxdur.