Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik neftin qiymətini artırdı

Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik neftin qiymətini artırdı backend

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqədar dünya bazarında neftin qiyməti artmağa başlayıb. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, dekabrın 4-nə keçən gecə London İCE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 3,3% yüksələrək 38,50 dollara çatıb. Bir qədər sonra qiymət 37,89 dollara ensə də, səhər saatlarında yenidən 38 dolları ötüb.


Nyi-York birjasında isə WTI neftinin qiyməti 3,5% yüksələrək 38,77 dollar olub.

“Bazar baş verənləri Səudiyyə Ərəbistanı və İran kimi neft hasilatçıları arasında mümkün uzunmüddətli münaqişə kimi qəbul edə bilər”, - deyə Sidneydəki CMC baş analitiki Rik Spuner söyləyib. Dubaydakı “Manaar Energy Consulting” analitiki Robin Mills də geosiyasi vəziyyətə dair qorxuların artdığını deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-də neft hasilatına görə 1-ci, İran isə 5-ci yerdədir
Diaspora