Oktyabr ayının pensiya ödənişləri yekunlaşdı

Oktyabr ayının pensiya ödənişləri yekunlaşdı backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə ƏƏSMN-dan məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.