Dollar Rusiyada növbəti rekord vurdu

Dollar Rusiyada növbəti rekord vurdu backend

Rusiyada dolların məzənnəsi rubl qarşısında 2015-ci il ərzində ən yüksək həddə çatıb. Axar.az xəbər verir ki, bu gün səhər saatlarında Moskva birjasında 1 ABŞ dolları 0,75 qəpik bahalaşaraq 72,95 rubla yüksəlib.


1 avro isə 0,94 qəpik artaraq 79,94 rubl olub.

Rusiya Mərkəzi Bankının bu günə təyin etdiyi məzənnəyə əsasən isə dollar 1,72 rubl bahalaşaraq 72,50 rubl təşkil edib. Avro isə 1,94 rubl artaraq 79,54 rubla yüksəlib. Mərkəzi Bankın bu qərarından sonra Moskva birjasında rublun daha da ucuzlaşacağı gözlənilir.

***

Rus rublu dollar və avro qarşısında ucuzlaşmaqda davam edir.

Hazırda 1 dollar 73,11 rubl olub. Avro isə 1,02 rubl bahalaşaraq 80,02 rubla yüksəlib.
Diaspora