Qızıl və gümüşün qiyməti artır

Qızıl və gümüşün qiyməti artır backend

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Qaziler.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 1,42% artaraq 4 166,3 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,52% artaraq 56,17 dollar təşkil edib.