Valyutadəyişmə məntəqələrinin normal fəaliyyət göstərməməsinə Banklar Assosiasiyası tərəfindən aydınlıq gətirilib.
Qaziler.az-ın məlumatına görə, Assosiasiyanın sədri Zakir Nuriyev “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, banklarda kifayət qədər valyuta ehtiyatı var, sadəcə olaraq xarici valyutaya axın sürətli olduğundan texniki cəhətdən onun vətəndaşlara çatdırılmasında çətinlik yaranib.Dollara təlabat böyük olduğundan bəzən valyutadəyişmə məntəqələri bu təlabatı qarşılya bilmir. Belə məntəqələrin tez-tez bağlanması isə insanlarda çaşğınlıq yaradır.
Banklar Assosiasiyası yaranmış vəziyyəti texniki səbəblərlə əlaqələndirr.
Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirir ki, belə kiçik məntəqlərə böyük həcmdə pulların qoyulması təhlükəsizlik baxımından düzgün deyil.
Eyni zamanda manatların çeşidlənərək Mərkəzi Banka qaytarılması da müəyyən vaxt alır. Bu proses Avropa ölkələrində də eyni cür həyata keçirilir.
Bu haldan istifadə edərək qara bazar formalaşdıran işbazların fəaliyyəti isə yaxın zamanda sona çatacaq. Bunun üçün banklar tərfindən iş aparılır.