Rusiyaya ən çox şokolad satan ölkələr məlum oldu

Rusiyaya ən çox şokolad satan ölkələr məlum oldu backend

Bu ilin yeddi ayının yekunlarına əsasən Rusiyaya ən çox şokolad tədarük edən ölkələr Almaniya, Belçika, İtaliya, Polşa və Türkiyə olub.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" BMT-nin “Comtrade” platforması və milli statistika xidmətlərinin məlumatlarına əsasən yazır.

Liderlər beşliyində Belçika (48,3 milyon dollar), İtaliya (31,5 milyon dollar) və Türkiyə (25,97 milyon dollar) qərarlaşıb. Qazaxıstanı sıxışdıraraq dördüncü yerə yüksələn Polşa da 27,2 milyon dollarla bu beşliyə daxil olub.

Altıncı pilləyə geriləyən Qazaxıstan Rusiyaya 19,3 milyon dollar dəyərində şokolad ixrac edib. Sonrakı yerləri müvafiq olaraq Çin (17,8 milyon dollar), Litva (9,1 milyon dollar) və Bolqarıstan (8,8 milyon dollar) tutub. İlk onluğu isə hər biri 7,1 milyon dollarla İspaniya və Ermənistan tamamlayıb.

Ümumilikdə Rusiya xaricdən 333 milyon dollardan çox şokolad idxal edib.

İl ərzində Rusiyaya şokolad tədarükünü ən çox artıran ölkə Niderland olub — 4,5 dəfə (1,3 milyon dollara qədər).

QAZİLER.AZ