Avropa İttifaqı (Aİ) bu qış son 15 ilin rekord səviyyədə qaz qıtlığı ilə üzləşəcək.
Qaziler.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.
Nəşr yazır ki, yaranan qıtlıq avropalıları təxminən 12 milyon evin istehlakına bərabər olan enerji təchizatı itkilərini tələsik şəkildə bərpa etməyə məcbur edə bilər. Həmçinin bu çatışmazlıq avropalıların elektrik enerjisi üçün ödəyəcəyi hesabların daha da yüksəlməsi ehtimalını artırır.
"Aİ bu qış 14 milyard kubmetrə qədər ümumi təbii qaz qıtlığı ilə üz-üzə qalacaq. Bu, birliyin tələbatının təxminən 7%-ni təşkil edir və 10-12 milyon avropalı ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir", — deyə KİV qeyd edib.
"Politico"nun məlumatına görə, Aİ-də qaz ehtiyatları statistikanın aparılmağa başladığı 2011-ci ildən bəri ən aşağı səviyyəyə — cəmi 70%-dən bir qədər yuxarı göstəriciyə düşüb. Qazın yüksək qiymətləri və İrandakı müharibə səbəbindən məhdudlaşan tədarüklər fonunda, qarşıdan gələn qışın da əvvəlki qış kimi soyuq keçəcəyi təqdirdə Avropanın tədarük imkanları məhdud olacaq. Nəşr qeyd edib ki, bu halda qaz ehtiyatları daha 7 milyard kubmetr azala bilər.
QAZİLER.AZ

