Meksikanın Aquaskalientes ştatında avtomagistralda 30 maşın eyni vaxtda toqquşub. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə azı 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata əsasən, qəzaya səbəb kimi qatı duman göstərilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.Qeyd edək ki, dekabrın 24-də Mexiko ştatında 80-ə yaxın avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 25 nəfər xəsarət alıb.